ADSEA-nın əməkdaşları Sinqapurda beynəlxalq sammitdə - FOTO

Sinqapurda Beynəlxalq Su Həftəsi sammiti başlayıb.
Avtosfer.az xəbər verir ki, iyunun 25-dək davam edəcək tədbir “Daşqına Davamlı Şəhərlər – İqlim Dəyişikliyinə Uyğunlaşma” mövzusuna həsr olunub.
Məqsəd şəhərlərin daşqınlara və ekstremal hava hadisələrinə hansı dərəcədə hazır olduqlarını müəyyənləşdirmək, dayanıqlığa nail olma istiqamətləri ətrafında müzakirələr açmaq, təcrübə mübadiləsi aparmaq, şəhərlərin, kommunal xidmətlərin, sənaye sahələrinə cavabdeh şəxslərin bir araya gətirməkdir.
3 gün davam edəcək sammitdə yüksək səviyyəli panellər, tematik forumlar, iqlimə uyğunlaşma həlləri üçün sərgi və texniki baxışlar da təşkil olunacaq.
Beynəlxalq Hidro-Ətraf Mühit Mühəndisliyi və Tədqiqatları Assosiasiyasının 41-ci Ümumdünya Konqresi ilə birgə keçirilən bu tədbirdə 250-yə yaxın ekspertin və dünyanın 40-dan çox şəhərinin iştirakı gözlənilir.
Tədbirdə Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Elektromexanika şöbəsinin müdiri Vüqar Hacıyev, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elçin Məmmədov, Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin baş mühəndisi Babək Məmmədov iştirak edir.



Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












