ADY: “Bu ay dəmiryolunda 7 oğurluq olub” - FOTO

“Dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən 3 nəfər - əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən maddi sübutlarla birlikdə saxlanılıblar”
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, son zamanlar dəmiryolu infrastrukturunun normal fəaliyyət göstərməsinə kənar şəxslər tərəfindən müdaxilələr artıb:
“Xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementlərinin oğurluq halları (rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar və s.) daha çox baş verir.
ADY və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır hadisələrin qarşısı vaxtında alınıb. Dəmir yolu qurğuları və avadanlıqlarının talan edilməsi yol infrastrukturuna küllü miqdarda ziyan vurmaqla yanaşı qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır”.
Bildirilib ki, aprel ayının son 12 günü ərzində 7 oğurluq halı baş verib və şübhəli şəxslər saxlanılıb. İnfrastruktura vurulan ziyan dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə, o cümlədən sərnişinlərin həyatına ciddi təhlükə yarada bilər.
ADY vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa, oğurluğa cəhd halları ilə rastlaşdıqda isə yaxınlıqda yerləşən dəmiryolu stansiyası və hüquq mühafizə orqanlarına dərhal məlumat verməyə çağırır.
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI











