ADY “Nəqliyyat və Logistika – 2023’’ sərgisində iştirak edib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti “Nəqliyyat və Logistika – 2023’’ adlı beynəlxalq sərgidə iştirak etmək məqsədilə Münhen şəhərinə səfər edib.
ADY sədri R. Rüstəmov “İnterRail’’, DHL, “Forwardis”, “Hupac”, HHLA, “DB Cargo”, “PKP Cargo” və s. beynəlxalq yükdaşımaları şirkətlərinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Orta Dəhliz ilə konteyner yüklərinin Çindən Avropaya sürətlə daşınması, tranzit vaxtının optimallaşdırılması, yük həcmlərinin artırılması və yeni yüklərin cəlb olunması məsələlərini geniş müzakirə edib.
Yüklərin ötürücülüyünü artırmaq məqsədilə Orta Dəhlizin iştirakçısı olan bütün dəmir yolları qurumları ilə ortaq məlumat mübadiləsinin yaradılması, daşınan yüklərin hərəkətinin Əməliyyat mərkəzi ilə əlaqələndirilməsi, orta müddətə planlaşdırmanın təkmilləşdirilməsi, infrastrukturda həyata keçirilən layihələr, o cümlədən marşrut üzrə “darboğazlar”ın aradan qaldırılması və hərəkət tərkibinin hazırlığı ilə bağlı şirkət rəhbərlərinə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2022-ci il ilin I rübü ilə müqayisədə 2023-cü ilin ilk 3 ayında Çindən və Orta Asiyadan konteyner yüklərinin Azərbaycan dəmir yolları vasitəsilə Avropaya çatdırılması xeyli optimallaşdırılmış, biznes tərəfdaşların sifarişləri məzilbaşına 20 günə çatdırılaraq müştəri məmnunluğu təmin edilib.
Xatırladaq ki, “Nəqliyyat və Logistika – 2023’’ sərgisində ADY-nin törəmə şirkətləri olan “ADY Express’’ və “ADY Konteyner’’ MMC birgə stendlə təmsil olunur.
Münhen şəhərində təşkil olunmuş sərgidə 65 ölkəni təmsil edən 2500-ə yaxın şirkət fərdi stendləri ilə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiyalar sahəsində göstərdikləri xidmətlər haqqında geniş təqdimatlar keçirirlər.
1978-ci ildən etibarən iki ildən bir keçirilən “Nəqliyyat və Logistika” sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir. Sərgi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə daşımalara həsr olunan ən böyük beynəlxalq platformadır.

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!














