ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi - FOTOLAR

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.
ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.
Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili və yerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər keçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli sakinlərlə görüşlər və ilkin seçim mərhələləri təşkil edilib.
2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “Bilik Ekspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlim keçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikinci vaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonası və mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texniki heyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təmin olunub.
“Bilik Ekspresi” Ağdam şəhərindən sonra Bərdə və Yevlax rayonlarında fəaliyyətini davam etdirib, bu bölgələrdə çalışan dəmiryolçular üçün təlimlər keçirilib və işə qəbul məqsədilə namizədlərlə görüşlər təşkil olunub.
“Bilik Ekspresi” 2025-ci ilin sonunadək digər rayonlarda da fəaliyyət göstərəcək və bu müddət ərzində həm təlim, həm də işə qəbul prosesləri geniş miqyasda həyata keçiriləcək.
Təlim və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevriləcək bu təşəbbüs ADY-nin transformasiya və dayanıqlı inkişaf baxımından insan resurslarına verdiyi önəmi bir daha nümayiş etdirir.
ADY-nin uzunmüddətli strateji prioritetlərindən biri insan resurslarının inkişafıdır və bu strategiya şəffaf işə qəbul proseslərinin həyata keçirilməsi, əməkdaşların xidməti fəaliyyətinin yüksəldilməsi və karyera inkişafının dəstəklənməsi, rəqəmsal insan resursları idarəetmə sistemlərinin tətbiqi kimi istiqamətləri əhatə edir. ADY həmçinin insan kapitalına sərmayəni dayanıqlı inkişafın əsas təməli kimi qəbul edərək hər bir əməkdaşın peşəkar inkişafını dəstəkləyir.




Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










