ADY: “Sumqayıt sərnişin stansiyasında elektron köşkdəki problem aradan qaldırılıb”

Dünən səhər saat 7:30 radələrində Sumqayıt sərnişin dəmir yol stansiyasında bir elektron köşkdə kağız pul əskinasın qəbuledicidə dolaşması nəticəsində yaranan nasazlıq aradan qaldırılıb.
Bu barədə “Report”un sorğusunun cavabında “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
"Yaranan nasazlıq stansiya işçiləri tərəfindən operativ şəkildə aradan qaldırılıb və köşkün fəaliyyəti bərpa edilib", - ADY-dən bildirilib.
Qeyd edilir ki, Sumqayıt sərnişin dəmir yol stansiyasında gözləmə zalı və platformaya girişlərdə 4 ədəd elektron köşk fəaliyyət göstərir. Bu köşklərdə sərnişinlər həm bilet ala, həm də kartın balansını artıra bilərlər. Bundan əlavə, gediş kartının balansını artırmaq və bilet almaq üçün iki kassa da sərnişinlərə xidmət göstərir. Həmin kassalarda həmçinin gediş kartının satışı da mövcuddur.
"Bununla yanaşı, sərnişinlər alternativ olaraq Sumqayıt sərnişin dəmir yol stansiyasında quraşdırılan 24 ədəd keçid turniketindən birdəfəlik kağız biletlər, ADY-nin gediş kartları, həmçinin bank kartları vasitəsilə rahat və təhlükəsiz keçid edə bilərlər. ADY Azərbaycanda təmassız ödəniş imkanını yaradan ilk ictimai nəqliyyatdır və bu yenilik sərnişinlərin rahatlığını təmin edərək, əlavə lokal kartların alınması, bu kartların balansının elektron köşklər vasitəsilə artırılması kimi ehtiyacları birdəfəlik aradan qaldırır", - “Azərbaycan Dəmir Yolları”.vurğulayıb
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












