ADY və ATƏT arasında mühüm müzakirə - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutmuş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
ATƏT nümayəndə heyətinə Azərbaycanın təşəbbüskarı olduğu “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində ölkəmizin nəqliyyat-logistika potensialı haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı Limanının ADY-yə birləşdirilməsi ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkilinə töhfə verəcək.
Tərəflər birgə həyata keçirilən layihələrin və təşəbbüslərin Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edərək ümumilikdə regionun dayanıqlı inkişafına təkan verəcəyini bildiriblər.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












