Ağ Şəhərdə zəbt olunan piyada səkisini qismən açdılar - FOTO

Bakının Xətai rayonu, Ağ Şəhər kimi tanınan ərazisində tamamilə zəbt edilən piyada səkisi qismən bərpa edilib.
Bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, əraziyə baxış keçirilib və köşkün qarşısındakı çoxsaylı soyuducuların kənara çəkilməsi ilə bağlı təlimat verilib.
***
Bakının Xətai rayonu, Ağ Şəhər kimi tanınan ərazisində piyada səkiləri zəbt edilib.
Belə ki, sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, foto Xaqani Rüstəmov küçəsində çəkilib. Sözügedən küçədə yol kənarında yerləşən köşkün qarşısındakı soyuducular piyadaların hərəkətinə mane olur. Ağ Şəhəri “qara günə” qoyanları niyə heç kim görmür?
Maraqlıdır, ərazi üzrə aidiyyəti qurumların əməkdaşları paytaxtda piyada gəzmirlər? Onların qarşısına belə mənzərə çıxmır?
Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı ərazidə də insanlar piyada səkisində hərəkət etməkdə əziyyət çəkirlər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












