Ağacları kəsən "Ailə park" MTK cəzalandırıldı

Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün "Ailə park" MTK-ya tapşırıq verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












