Ağcabədidə mağazadan oğurluq edən şəxs saxlanılıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd ərazisində yerləşən mağazadan oğurluq edən şəxs “isti izlərlə” saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, rayonun Aşağı Mehrablı kəndində yerləşən mağazaya naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq həmin obyektdən oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub. Məlumatla əlaqədar dərhal keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Pənah Həsənli “isti izlərlə” saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib. Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












