Ağcabədidə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar. Əvvəllər məhkum olunmuş və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib. Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kilo heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbirlə oğurluq əməlində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, avtoyuma məntəqəsindən buxar aparatının oğurlandığı barədə polisə məlumat daxil olub. Məlumat əsasında aparılmış əməliyyat-axtarış nəticəsində oğurluqda şübhəli olan rayon sakini Rüfət Əliyev saxlanılıb. O, cinayəti törətməklə 2300 manat dəyərində ziyan vurub. Oğurlanmış əsya aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!














