Ağcabədidə sexlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO - VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən şöbəyə gətirilib.
Üzərində aparılan baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. R.İsmayılovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən edilib. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1 500 manat miqdarında ziyan vurduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO













