Ağcabədidə silahlı şəxs tutuldu - FOTO

Ağcabədidə polislərin keçirdiyi tədbirlər nəticəsində silahlar və narkotik tərkibli bitki aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb. O, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi "Kalaşnikov-AKMS" markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.
Bundan əlavə, digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.
Keçirilən başqa bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş çətənə bitkiləri aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










