Ağdamda azad olunan ərazilərə daxil olan şəxslər həbs edilib

Ağdamda işğaldan azad olunan ərazilərə qanunsuz daxil olan şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar. Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən, Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












