Ağdaş polisindən əməliyyat: Narkokuryerlərdən biri iş başında tutuldu - VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də dörd dəfə məhkum olunmuş Müzəffər Qədirov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin, eləcə də 404 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı Müzəffər Qədirovun əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün paytaxtda, eləcə də ölkə ərazisində narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə 300 manat qarşılığında üzərindən aşkarlanan narkotik vasitələri Bakıdan Ağdaşa gətirən keçmiş məhkum həmin heroin və metamfetamini rayon ərazisindəki qəbiristanlıqda gizlədərkən iş başında yaxalanıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











