Ağdaşda at oğruları saxlanılıb
Ağdaş rayonunun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 rəst atın ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları Qazaxıstana satdığını bildirib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












