Ağdaşda narkotik vasitələrin satışı ilə məşğul olanlar saxlanılıb - FOTO - VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 310 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən 1 həftə öncə əcnəbi ölkə vətəndaşından 500 manata aldığını etiraf edib.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə daha iki nəfər - Kənan Allahverdiyev və Manaf Həbişov tutulub.Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 2 kiloqramdan artıq olan çətənə bitkiləri də kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO














