Ağdaşda narkotik və oğurluğa görə 9 nəfər TUTULDU - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətləri törədən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefonun oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Onun ayrı-ayrı şəxslərə satdığı əşyaların bir neçəsi maddi sübut kimi götürülüb.
Keçirilən digər əməliyyat nəticəsində isə avtomobil təmiri məntəqəsindən nəqliyyat vasitəsinin ehtiyat hissələrini oğurlayan rayon sakini Firqət Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqəsinə satdığını bildirib.
Şöbə əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər rayon sakini – Fariz Cümşüdov, Mübariz Əzizov, Elşad Yusifov, Vasif Qasımov, Yalçın Məmmədov, Rəsul Rəhimov və Elşən Şirinov saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum olunmuşlardır.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












