Ağstafa və Qəbələyə bayram günlərində əlavə qatar reyslərinin sayı artırılıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə bağlı artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 26, 27, 28, 29, 30 iyun və 1, 2 iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.
"Report" bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manat təşkil edir.
Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcəklər. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Bununla yanaşı, bayram günləri Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat təşkil edir.
Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyr-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











