İki magistralda avtomobillərin hərəkətinin dayandırılmasına REAKSİYA - YENİLƏNİB + FOTO

“Heç bir yolda məhdudlaşdırılma yoxdur”.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev deyib.
O bildirib ki, sadəcə müəyyən bir müddət yolların təmizlənməsi üçün xüsusi texnikanın rahat hərəkəti üçün müvəqqəti məhdudlaşdırmalar olub:
“Magistral yolların heç birində sözügedən istiqamətlər üzrə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmayıb. Mövsümi şinləri olmayan maşın və avtobuslar təhlükəsiz olan alternativ yollara yönləndiriliblər”.
***
Ötən iki gün ərzində yağan güclü qar Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Avtosfer.az-ın məlumatına görə, adlarıçəkilən magistrallarda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yük avtomobillərinin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə tövsiyə olunur.
Qobustan, Şamaxı, Qəbələ və Ağsu rayonlarının ərazisindən keçən magistral yollar da qarla örtülüb və avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda isə qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Bu yollara təxminən 10-15 santimetr qar yağıb.
Hazırda güclü qarın yağması səbəbindən yolların təmizlənməsi işləri ləngiyir.
Report
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI













