Ermənistanda benzin və dizel yenidən bahalaşdı

Ermənistanda yanacaq və enerji qiymətləri heç vaxt ölkədə və dünyada baş verən iqtisadi proseslərin real əksi olmayıb.
Avtosfer.az xəbər verir ki, bunu “Sputnik Armenia”- a müsahibəsində erməni iqtisadçı, Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib. O, bu qənaətə Ermənistanın yanacaq bazarında uzun illər apardığı müşahidələr nəticəsində gəlib.
Bu gün Ermənistanın yanacaqdoldurma məntəqələrində Aİ-95 (Premium) markalı benzinin 1 litri 390 dram (1,71 AZN) (keçən həftə 1,53 AZN), Aİ-92 isə 350 dram (1,53 AZN) (ötən həftə 1,40 AZN) olub.
“Hakimiyyət Ermənistanda benzinin və dizel yanacağının qiymətinin qalxmasını beynəlxalq bazarlarda qiymətlərin artması ilə izah edir ki, bu da guya Ermənistan bazarına təsir etməyə bilməzdi. Amma bu, doğru deyil, çünki neftin qiymətinin artması Ermənistanda yalnız 1 litr benzinin və ya dizel yanacağının qiymətində cüzi dalğalanmalara səbəb olur – 1-2% daxilində. Bundan başqa, son vaxtlar beynəlxalq bazarda kəskin dalğalanmalar qeydə alınmayıb”, - Sarkisyan bildirib.
Onun sözlərinə görə, dizel yanacağının bahalaşmasının obyektiv səbəbi idxala maneələr ola bilər, bunun nəticəsində müəyyən kəsir yaranır. Bazarda təklif azalsa, tələb stabil qalsa, təbii ki, bu, qiymət artımına səbəb ola bilər.
“Qiymət artımı iki əsas tərəfə sərfəlidir: birincisi, təbii ki, bunlar yanacaq biznesi ilə məşğul olan şirkətlərdir ki, bahalaşma onların gəlirini artırır. İkincisi, bu, dövlət üçündür, çünki qiymət artımı ƏDV-nin artımı ilə düz mütənasibdir və vergi yığımı mənfəətini artırır”, - deyə Sarkisyan qeyd edib.
Publika.az
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












