Aİ Rusiyanın bəzi telekanallarının yayım lisenziyasını dayandırıb

Avropa İttifaqı Rusiyanın bir neçə telekanalına sanksiya tətbiq edib.
Bu barədə Aİ-nin Rusiyaya qarşı təsdiqlədiyi 9-cu sanksiyalar paketində öz əksini tapıb.
"Rusiya Federasiyasının qonşu ölkələrdə, Aİ və üzv dövlətlərdə sabitliyi pozmağa yönəlmiş sistematik, beynəlxalq dezinformasiya və məlumat manipulyasiya kampaniyasına qarşı Şura dörd əlavə media orqanının yayım lisenziyasının dayandırılması prosesini başladıb. Onlar arasında N TV / N TV Mir, Rossiya 1, REN TV və "Birinci kanal" yer alıb. Bu media orqanları Rusiya Federasiyasının rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarəti altındadır və Rusiya Federasiyası tərəfindən Rusiyanın təcavüzünü qanuniləşdirən və Ukraynaya dəstəyi zəiflədən davamlı və razılaşdırılmış dezinformasiya və müharibə təbliğat fəaliyyətləri üçün istifadə olunur", - bildirilib.
Qeyd olunub ki, Əsas Hüquqlar Xartiyasına uyğun olaraq, bu tədbirlər həmin media orqanlarının və onların əməkdaşlarının Aİ ərazisində yayımına icazə verməsə də, onların başqa fəaliyyət göstərməsinə, məsələn, araşdırmalara və müsahibələrə mane olmayacaq. (apa)
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










