Akopyan Laçın yolunun bağlanmasından danışdı: “Zəngəzurdan yol istəyirlər”

Qarabağdakı ermənilərin Laçın dəhlizinin bağlanmasına qarışılıq verərək, Ağdam-Kəlbəcər, Qırmızı Bazar – Şuşa, Suqovuşan – Kəlbəcər yollarını bağlaması vəziyyətdən çıxış yolu deyil.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı, istefada olan general-polkovnik Movses Akopyan “Hraparak” qəzetinə müsahibəsində deyib.
Qeyd edək ki, Movses Akopyan Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır.
“Azərbaycanlılar Kəlbəcərə getmək üçün təkcə helikopterlərdən istifadə etmirlər, onların artıq başqa yolları da var - Kəlbəcərə, Şuşaya təzə çəkdikləri yollarla gedə bilirlər”, - deyə M.Akopyan bildirib.
O, Laçın yolunun bağlanmasınını faciə saymadığını da sözlərinə əlavə edib:
“Qapalı saxlasınlar, biz çoxdan belə yaşamışıq, Qarabağ erməniləri nə qədər lazımdırsa, yaşayacaqlar”.
M.Akopyan deyib ki, Ermənistan üçtərəfli bəyannaməni imzalayan ölkə kimi yolun açılması üçün tədbirlər görməyə borcludur.
Jurnalistin “siz hansı tədbirləri nəzərdə tutursunuz” sualına general “bunu geniş şərh etmək istəmirəm. Amma hökumətin rıçaqları var və ondan istifadə edə bilər, axı o, Birləşmiş Millətlər Təşkilatının üzvüdür”, - deyə cavab verib.
M.Akopyan bildirib ki, Ermənistan həmfikirlər və müttəfiqlər tapmalı, o istiqamətdə işləməli, BMT Təhlükəsizlik Şurasında elə qərarlar qəbul edulməsinə nail olmalıdır ki, həyata keçirilə bilsin.
Erməni general bildirib ki, azərbaycanlıların Laçın yolundakı aksiyası Zəngəzurdan keçən eyni statusa malik yolun açılmasına nail olanadək davam edə bilər.
“Söhbət dəhlizdən gedir” sualına M.Akopyan “Mən “dəhliz” sözünü işlətmirəm” deyə cavab verib.
Modern.az
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı










