Akvaparkda dəhşətli olay: 7 nəfər öldürüldü

Meksikada silahlı şəxslər akvaparka hücum çəkərək 8 nəfəri güllələyib.
Hadisə Quanaxuato ştatında Kortasar şəhərində baş verib.
Nəticədə 7 yaşlı uşaq, 3 qadın və 3 kişi ölüb, 1 nəfər isə ağır yaralanıb. Silahlı şəxslər akvaparkda ziyarətçi qruplarından yalnız birinə atəş açıb, daha sonra müşahidə kamerasını sıradan çıxararaq hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Meksika uzun illərdir narkocinayətlərin yol açdığı zorakılıqdan əziyyət çəkir. Meksika hökumətinin 2006-cı ildən narkotacirlərlə silahlı mübarizəyə başlamasından sonra ötən dövr ərzində 350 minə yaxın insan ölüb.
Quanaxuato ştatı ölkənin ən kriminal regionlarından biri sayılır. Burada “Santa Rosa de Lima” və “Jalisco Nueva Generacion” rəqib cinayətkar qruplaşmalar fəaliyyət göstərir. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












