Alman şirkəti Ukraynada tank zavodu tikəcək

Almaniyanın "Rheinmetall" konserni Ukraynada ildə bu ölkənin Silahlı Qüvvələrini silahlandırmaq üçün təxminən 400 maşın istehsal edəcək tank zavodu tikmək istəyir. AzVision.az xəbər verir ki, bu barədə şirkətlər qrupunun direktoru Armin Papperger deyib.
Pappergerin vurğulayıb ki, Rusiya üzərində qələbə üçün Kiyevə 600-dən 800-ə qədər tank lazımdır.
"Ukraynada təqribən 200 milyon avroya "Rheinmetall" zavodu tikilə bilər ki, bu zavod ildə 400-ə qədər "Panter" istehsal edəcək. Orada hökumətlə danışıqlar ümidvericidir və mən yaxın iki ay ərzində qərarın qəbul olunacağına güman edirəm", - NTV direktorun sözlərinə istinadən xəbər verir.
Papperger bildirib ki, Berlin Kiyevə mövcud olan 300 "Leopard 2"nin hamısını köçürsə belə, bu, “çox azdır”. Onun sözlərinə görə, "Panter" tankları konsernin dizaynerləri tərəfindən birbaşa olaraq hazırlanmış yeni döyüş maşınlarıdır.
"Həll yolu olaraq, özümüz yeni “Panter” döyüş tankının kütləvi istehsalına 15-18 ay ərzində Almaniya və Macarıstanda başlaya bilərik, sonra isə onu ildə 400 ədədə çatdıra bilərik”, - Papperger yekunlaşdırıb.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











