Almaniya atom enerjisindən imtina edir

Almaniyanın cənub-qərbindəki Nekkarvesthaym stansiyasının sonuncu nüvə reaktoru aprelin 15-də şəbəkədən ayrılıb.
Aşağı Saksoniyadakı “Emsland” və Bavariyadakı “İsar-2” atom elektrik stansiyalarının bağlanması ilə Almaniyada nüvə enerjisindən mərhələli şəkildə imtina prosesi başa çatacaq.
Bu münasibətlə nüvə enerjisinin yüzlərlə əleyhdarlarının “ziyafət” təşkil etdiyi bildirilir.
Nekkarvesthaym AES Almaniyanın ən gənc atom elektrik stansiyası idi. O, 1989-cu ildə işə salınıb və bağlanana qədər təxminən 375 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Orta illik elektrik enerjisi istehsalı təxminən 11 milyard kilovat-saat olan stansiya Baden-Vürtemberqdə elektrik enerjisinə tələbatın təxminən altıda birini ödəyirdi. Qeyd edək ki, atom elektrik stansiyası dayandırıldıqdan sonra söküləcək. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












