Almaniyada rus nömrəli avtomobillər müsadirə oluna bilər

Aİ-nin sanksiya rejiminin pozulması halında Almaniyada rus nömrəli avtomobillər müsadirə oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin gömrük idarəsinin nümayəndəsi Andre Lenz bildirib. O, qeyd edib ki, müxtəlif malların “birbaşa və ya dolayısı ilə alınması, Aİ-yə idxalı və tranzitlə keçirilməsi” qadağandır. Bunlara minik avtomobilləri də daxildir.
Bundan əvvəl bəzi KİV-lər Almaniyaya daxil olmaq istəyərkən Rusiya nömrəli avtomobillərin saxlanılması ilə bağlı səkkiz məlum hadisə barədə məlumat vermişdilər.
“Gömrük malların idxalı, ixracı və tranziti sahəsində Aİ-nin Rusiyaya qarşı sanksiyalarına əməl olunmasına nəzarəti həyata keçirir. Fiziki şəxslərin daxil olması zamanı mümkün sanksiyalar pozuntuları aşkar edildikdə, gömrük orqanları öz səlahiyyətləri daxilində hərəkət edirlər”, - deyə Lenz əlavə edib.
Leyla
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












