Almaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır

Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinin Leypsiq-Qao (Mali) reysini həyata keçirən “İl-76” təyyarəsi Almaniyadan havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıqla üzləşib və uçuş aeroportunda eniş etmək məcburiyyətində qalıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Almaniyanın şərqindəki “Leypsiq-Halle” hava limanına təhlükəsiz eniş edib və texniki xidmətdədir.
“Uçuş proqramına əsasən, onun bir neçə saatdan sonra uçuş həyata keçirəcəyi gözlənilir. Qeyd edək ki, bu vəziyyət heç bir şəkildə uçuşların təhlükəsizliyinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istərdik ki, uçuş əməliyyatları qaydalarına və istehsalçının göstərişlərinə, habelə yerüstü xidmətlərin təlimatlarına uyğun olaraq, hava gəmisi plandankənar eniş zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə göyərtədə olan yanacaq müvafiq normaya uyğun hala gətirilməlidir”, - “Silk Way Airlines”dən bildiriblər.
Qeyd edək ki, yanacağı yandırmaq üçün “İl-76” pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurub və bu, təxminən üç saat çəkib. Yerli vaxtla saat 13:54-də təyyarə “Leypsiq-Halle” hava limanına enib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












