Ana qızını 20 il qapalı yerdə saxladı - ŞOK SƏBƏB - FOTO

Braziliyada 39 yaşlı qadın qızını təxminən 20 ilə yaxın qapalı yerdə saxlayıb.
Hadisə Baixada Maranhense bölgəsindəki Viana şəhərində baş verib. Polis rəisi Karlos Albertonun sözlərinə görə, ac-susuz qalan qız əl və qolları bağlı vəziyyətdə tapılıb.
Sərxoş ana polis tərəfindən saxlanılıb. Müalicə zamanı onun psixoloji problemləri olduğu ortaya çıxıb. Belə ki, qadın gənclik illərində iki övladını itirib. Bununla da onda psixoloji pozğunluq başlayıb. Ana bu övladını da itirməkdən qorxduğu üçün onu illərlə bağlı otaqda, qismən ac və susuz şəkildə saxlayıb.
Maraqlısı odur ki, uzun illərdir davam edən ağrılı hadisədən qəsəbənin yerli sakinləri xəbərdar olub. Amma heç biri polisə məlumat verməyib.
Polis sakinlər barəsində də araşdırma başladıb. (lent.az)


_1676100251.webp)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












