ANAMA cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarladı

31 oktyabr tarixindә Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Tәrtәr vә Yevlax rayonları әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn - 25 (iyirmi beş) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә Mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.

ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş 26 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Arazbar, Hacılar, Kәbirli, Mahrızlı kәndlәri, Ağdam rayonunun Xındırıstan, Әhmәdağalı, Üçoğlan kәndlәri vә Qarqar çayının sahili, Bәrdә şәhәri Vaqif küçәsi, Füzuli rayonunun Şükürbәyli, Babı, Alxanlı kәndlәri vә Horadiz şәhәri, Tәrtәr rayonunun Qaynaq, Yuxarı Qapanlı kәndlәri, Şıxarx qәsәbәsi, Bağırov küçәsi, Yevlax rayonunun Kolanı kәndi әrazisinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 24 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib.

Aparılmış әmәliyyat- axtarış tәdbirlәri zamanı 1 әdәd 100 mm-lik top mәrmisi (OF-412), 1 әdәd 120 mm-lik minaatan mәrmisi (OF-843), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunan 9K111 silahı (9M111 raketi ilә), 1 әdәd hәrbi mәqsәdlәr üçün istifadә olunan meteoroloji radiopelenqator vә 25 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.
Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










