Anar Nəcəfli vəzifəsindən azad olundu - YENİLƏNİB

Xəbərlər 20 Avqust 2026 10:18
Anar Nəcəfli vəzifəsindən azad olundu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.

Avtosfer.az-ın məlumatına görə, "Unikal" bu məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.

A.Nəcəfli isə "yollarla bağlı sorğunuz varsa, buyurun", - deyə bildirib.

***10:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.

Avtosfer.az xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.

Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub.

Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.

Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. (Gununsesi.info)

Oxunub : 256
ŞƏRH YAZ
Ad

E-mail

Şərh