Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz Alışovun əmlakını dağıtması ilə bağlı xəbər vermişdik.
Uzun müddətdir ki, icra başçısı tərəfindən əmlakına qəsd edilən zabitimiz haqqını tələb etsə də, heç bir nəticə əldə edə bilmir.
Dünən Baş Prokuror Kamran Əliyev Bəhruz Alışovu şəxsən qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya danışan Bəhruz Alışov deyib ki, Baş Prokuror onunla görüşdə məsələdən xəbərdar olduğunu deyib: “Ancaq buna baxmayaraq, hər şeyi öz dilimdən eşitmək istədiyini dedi. Kamran Əliyev məni diqqətlə dinlədi. Bildirdi ki, prosesi şəxsi nəzarətinə götürür. Mən də ona təşəkkür edirəm və nəticəni gözləyirəm. İnanıram ki, icra hakimiyyətinin bu qanunsuzluğuna qarşı hüquqi ölçü götürüləcək. Mənim pozulan hüquqlarım bərpa olunmaqla yanaşı, bu işə göstəriş verənlər, icra edənlər cinayət məsuliyyətinə cəlb olunacaq”.
Binəqədinin icra başçısı Elxan Allahverdiyevin bu özbaşınalığının ölkədə böyük rezonansa səbəb olması və bu səbəblə Baş Prokuror Kamran Əliyevin zərərçəkən şəxsən dinləməsi vətəndaşın mülkiyyət hüququna edilən qəsdin araşdırılacağına inam yaradır.
Son illər dövlət başçısının icra başçılarına və başqa məmurlara güzəştsiz münasibəti imkan verəcək ki, Elxan Allahverdiyev həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda risklərə həsr edən bir ordu zabitinə qarşı etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsun.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS













