Anım Günü Zəngilanın Ağalı kəndində qeyd olunub - FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində anım mərasimi təşkil olunub.
“Report” xəbər verir ki, tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Aksiyada Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
Mərasim iştirakçıları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbədən söz açıblar.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir.
Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində, həmçinin ağacəkmə aksiyası gerçəkləşib.
Sərv, zeytun, Eldar şamı və digər növ olmaqla, ümumilikdə 3 000-ə yaxın ağac əkilib.
Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Zəngilan ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











