Antibiotiklər bağırsaq iltihabı riskini artırır - XƏBƏRDARLIQ

Antibiotiklərin tez-tez istifadəsi iltihablı bağırsaq xəstəliyinin (İBD) və xoralı kolitin inkişafını stimullaşdıra bilər.
Bu xüsusilə 40 yaşdan yuxarı insanlara aiddir. Son illər dünyada bu xəstəliklərin sayında artım müşahidə olunur.
Alimlər Danimarka vətəndaşlarının 2000-2018-ci illərdə toplanmış tibbi məlumatlarını təhlil ediblər. Ümumilikdə, 10 və yuxarı yaşda olan 6,1 milyondan çox insanın məlumatları nəzərdən keçirilib. Mütəxəssislər antibiotiklərin iltihabi bağırsaq xəstəliyinin inkişafına necə təsir göstərə biləcəyi ilə maraqlanıblar.
Təhlil göstərib ki, 91 faiz tədqiqat dövründə ən azı bir antibiotik kursunu tamamlayıb. Onların arasında təxminən 36 017 yeni xoralı kolit hadisəsi və 16 881 yeni crohn xəstəliyi (xroniki iltihablı bir xəstəlikdir-red.) diaqnozu qoyulub.
Tədqiqat müəllifləri antibiotiklərin istifadəsinin mədə-bağırsaq traktının zədələnməsi və iltihablı bağırsaq xəstəliyinin meydana gəlməsi riskini artırdığı və yaşla bu nümunənin yalnız daha əhəmiyyətli olduğu qənaətinə gəliblər.
“Antibiotiklərdən istifadə edən 10-40 yaşlı insanlarda iltihablı bağırsaq xəstəliyinin diaqnozu qoyulma ehtimalı 28 faiz daha çox olub. 40-60 yaşlı insanlarda oxşar ehtimal 48, 60 yaşdan yuxarı insanlarda 47 faiz yüksək olub.
Alimlər onu da qeyd ediblər ki, bu dərmanlardan uzun müddət istifadə etdikdən 1-2 il sonra bağırsaq xəstəlikləri ilə rastlaşmaq mümkündür. Bu patologiyaların ən yüksək riski bağırsaq infeksiyalarının müalicəsində tez-tez istifadə edilən və geniş spektrli antibiotiklər kimi tanınan nitroimidazollar və ftorxinolonlarla bağlıdır.
Mütəxəssislərin fikrincə, iltihablı bağırsaq xəstəliklərinin yaranmasında antibiotiklərin təsiri ilə bağırsaq mikrobiomunda baş verən mənfi dəyişikliklər əsas rol oynayır. (lent.az)
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










