Aprelin 18-i ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti ilə bağlı proqnozlar açıqlanarkən meteohəssas insanlar üçün əlverişsiz hava temperaturu barədə xəbərdarlığa tez-tez rast gəlirik.
Milli Hidrometeorologiya Xidmətinin açıqlaması əslində baş verən maqnit qasırğasından xəbər verir.
Bu qasırğanın varlığı, necə baş verməsi və insanlar üçün hansı təhlükə kəsb etməsi böyük maraq doğrurur.
Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Aynur Abdulkərimova geomaqnit sahəsinin aktivliyi günəşdə baş verən fəallıqla əlaqəlidir və günəş küləyi vasitəsilə geomaqnit sahəsinə təsir edən yüklü zərrəciklər yerin maqnit xətlərini kəsərək geomaqnit qasırğasına səbəb olur:
"Bu ay üçün 20, 27 və 30 aprel tarixlərində zəif geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. 18 apreldə isə geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. Maqnit qasırğalarının yüksək səviyyələrində radio siqnalların, peyk rabitəsinin kəsilməsi baş verə bilər. Sualtı internet kabellərinin, peyklərin, elektrik şəbəkələrin zədələnməsi də baş verə bilər ki, nəticədə insanlar üçün böyük problem yaranar".
Tibb elmləri doktoru, professor Adil Qeybulla vurğuladı ki, maqnit qasırğası elektromaqnit dalğalarının yaratdığı elektromaqnit sahəsinin normadan yüksək olmasıdır: "Bu, günəşdə baş verən proseslərlə bağlıdır. Maqnit qasırğasının əsas təsiri meteohəssas insanlara aiddir. Bu şəxslərdə elektromaqnit dalğası fonunda qan təzyiqi dəyişir, haldan-hala düşülür və başqa hallar qeydə alınır.
Həmin şəxslər proqnozlara diqqət etməli, imkan daxilində göstərişlərə əməl etməli, evdə qalmalı və həkimlə əlaqə saxlamalıdır. Orqanizmdə əsasən törədilən dəyişiklik funksional dəyişiklərdir, üzvü dəyişiklik deyil. Daha çox qan təzyiqi oynayır, nəbz yüksəlir, erək döyünməsi artır, boğulmalar və başqa hallar baş verə bilir". (baku.vs)
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










