AQTA-dan “Kırlangıc” yağları ilə bağlı AÇIQLAMA

Türkiyədə istehsal olunan “Kırlangıc” əmtəə nişanlı qarğıdalı yağlarını Azərbaycana beş sahibkarlıq subyekti idxal edir.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) mediada və sosial şəbəkələrdə “Kırlangıc” yağlarının etiketlənməsi və təhlükəsizlik göstəriciləri ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilərkən bildirilib.
Məlumatda qeyd olunur ki, ölkəyə bu məhsulları birbaşa istehsalçıdan yalnız "Sham-Fi International Trading Company” MMC gətirir:
"İdxalçının sifarişi əsasında məhsulların üzərindəki etiket məlumatları türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq etiketdə idxalçı müəssisənin də adı qeyd edilməklə birbaşa idxal olunur. Digər idxalçılar isə sözügedən məhsulları qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq, Türkiyənin topdansatış bazarından gətirirlər. Həmin məhsulların qablaşdırılması üzərində yalnız türk dilində məlumatlar olduğu üçün “Qida təhlükəsizliyi haqqında” qanunun 17-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 7.3-cü yarımbəndinə uyğun olaraq, əlavə yerləşdirilən stiker vasitəsilə malların üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də yazılması Agentlik tərəfindən təmin edilir”.
Diqqətə çatdırılıb ki, idxal olunan eyni əmtəə nişanlı məhsulların qablaşdırılması üzərində mövcud olan dizayn fərqi idxalçı və istehsalçı müəssisələrin idxal tələbləri və şərtləri əsasında tərtib edilir:
“Ölkəmizə gətirilən bütün qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, AQTA-nın nəzarət tədbirləri çərçivəsində sənəd, fiziki və eynilik nəzarəti həyata keçirildikdən sonra və yoxlama nəticələrinin uyğunluğuna əsaslanaraq məhsul partiyalarının idxalına icazə verilir və sertifikatlaşdırılır. Bu isə öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış məhsulların orijinallığına şübhə yaratmamalıdır. İstehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olduğu təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər”. (report)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











