“Artıq detalları” ixtisar edən mexaniklər - FOTO

Bu ənənə bizə sovetdən miras qalıb. Mexaniklər çox avtomobili təmir edərkən bir çox bolt-qaykanı “artıq” hesab edərək təkrar yerinə bağlamırdılar (təfərrüatı bilsək də, xırdalığa ehtiyac yoxdur). Amma bir məsələ məlumdur: avtomobilin maya dəyərini azaltmaq üçün hər maşında 1 dollarlıq qənaət ilin sonunda ciddi qazanca çevrilir. Bu səbəbdən heç bir istehsalçı artıq detal qoymağı düşünmür.
Lakin, görünür bu yanaşma 130 saylı avtobusa xidmət edən mexaniklər üçün yaddır, onlar hələ də sovet təfəkkürü ilə işləyirlər. Ötən axşam evə qayıdarkən əyləşdiyim 99 JJ 368 nömrə nişanlı avtobusda bunun bariz nümunəsini gördüm. Arxa tərəfdə mühərrik bölməsi üçün olan qapaqdakı 6 boltdan dördü bağlanmışdı. Əllə yoxladıqda məlum oldu ki, sol tərəfdə bağlanmış yeganə, dördüncü bolt vibrasiyadan boşalıb. Bir-iki günə onun da açılıb düşməsi ehtimalı böyükdür.
Boltların tam olmaması nəticəsində sürücü hər dəfə sürəti artıranda mühərrikdən qaynar hava salona dolurdu. Bu, həm sağlamlıq üçün risk yaradır, həm də salondakı kondisionerin işini sıfıra endirir.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















