"Asko" LTD Ataçayın məcrasını dəyişdi - Şirkət rəsmisi cərimələndi

Azərbaycanda çayın məcrasını dəyişən şirkət rəsmisi cəzalandırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, "Asko" LTD şirkətinə məxsus Siyəzən rayonunun Beşdam kəndində yerləşən qum-çınqıl karxanasında yoxlama aparılıb. Proses Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib. Məlum olub ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən "Asko" LTD-yə məxsus qum-çınqıl karxanası tərəfindən icazə sənədi olmadan Ataçay çayının məcrası dəyişdirilərək, nasos qurğusu ilə su götürülüb. Daha doğrusu, nəzarət tədbirləri zamanı sözügedən çayın məcrasına müdaxilə edilməklə süni yolla dəyişdirildiyi, çayın suyunun torpaq məcralı arx vasitəsi ilə əvvəlcə süni yaradılmış su hövzəsinə, oradan isə nasos qurğusu vasitəsi ilə diametri 100 mm olan plastik boru ilə sexin ərazisində yerləşən xammalın, yəni, qum və çınqılın yuyulma hissəsinə ötürüldüyü aşkar edilib. 10 avqust 1961-ci il tarixdə Kəlbəcər rayonunun Laçın kəndində doğulan, "Asko LTD" şirkətində sex rəisi vəzifəsində işləyən D.G.-ya İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə protocol tərtib olunub. Məhkəmənin qərarı ilə o, 1500 manat cərimə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












