Astara sakininin evindən 8 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Təbriz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən 8 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 57 fakt aşkarlanıb. Həmin faktlar üzrə 14 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, 36 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib. Qanunsuz dövriyyədən 47 kiloqrama yaxın narkotik vasitə çıxarılıb ki, onun da 20 kiloqramdan artığı güclü təsiredici xassəyə malikdir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!













