At cəmdəklərini mal əti adı ilə satan şəxs saxlanıldı - VİDEO

Qidaya yararsız at ətini mal əti adı altında satan Cəlilabad rayon sakini saxlanılıb
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, DİN Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb.
Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkar olunmuş ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












