Aviasiya sektorunda bu il rekord sərnişin axını gözlənilir

Ötən həftə əvvəlki illə bağlı hesabatını açıqlayan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bu gün cari illə bağlı proqnozunu elan edib. Bəs bu il aviasiya sektorunda hansı proseslər gözlənilir? Hava nəqliyyatı koronavirus pandemiyasının nəticələrini aradan qaldıra bilibmi?
Avtosfer.az-ın xəbərinə görə, aviaşirkətlər bu il 4 milyard 350 milyon sərnişin daşımağı planlaşdırır. Bu da 2019-cu ildəki rekorda yaxın rəqəmdir. Həmin il dünyada təyyarə ilə 4,5 milyarddan çox sərnişin daşınmışdı.
Bu statistika Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası İATA-nın İstanbulda keçirilən illik yığıncağında səsləndirilib. Belə bir nikbin proqnozun səbəbi də məlumdur. Çində karantin tədbirləinin ləğv edilməsi aviasiya şirkətlərinin mənfəətlə işləməsinə səbəb olub. Bu il şirkətlər 9,8 milyard dollar mənfəət planlaşdırır. Başqa sözlə, Assoaiasiya ilin əvvəlindəki proqnozunu 2 dəfə artırıb. 2022-ci ildə qeydə alınmış 3,6 milyard dollarlıq zərərdən sonra bu rəqəm çox ciddi sıçrayış hesab edilə bilər. İATA-nın baş direktoru Villi Voş: “Ötən ildən fərqli olaraq makroiqtisadi vəziyyətlə bağlı narahatlığımız yoxdur. İşlə təminat yüksək səviyyədə olduğu üçün istehlakçılar pul xərcləməyə tərəddüd etmirlər. Xərclədikləri pulları təkrar qazana biləcəkləri üçün insanlar istədikləri işi həyata keçirməyə davam edirlər”.
Cari ildə aviasiya daşıyıcılarının ümumi dövriyyəsinin 860 milyard dollar olması gözlənilir. 2019-cu ildə göstərici 897 milyard idi. Gəlirin artması şirkətlərin maliyyə və texniki vəziyyətinin yaxşlıaşması ilə müşayiət olunur.
Lakin heç də bütün regionların aviaşirkətləri ili müsbət maliyyə hesabatı ilə başa vurmayacaq. Şimali Amerika, Avropa İttifaqı və Yaxın Şərq şirkətlərinin 2023-cü ili müvafiq olaraq 11 milyard, 5 milyard və 2 milyard dollar mənfəətlə başa vuracağı gözlənilir. Halbuki, Asiya-Sakit okean regionunun şirkətləri 7 milyard dollar zərər planlaşdırır. Bu göstəricinin Latın Amerikası üçün 1,5 milyard, Afrika üçün 500 milyon dollar olacağı ehtimalı var.
Vüqar Yaşaroğlu
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










