Avqustun 30-da Ağdama qatarla səfərlər başlayır - FOTO - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" QSC 30 avqust tarixindən Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.
Avtosfer.az xəbər verir ki, sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstəriləcək.
Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12.80 AZN təşkil edir.
Səfər zamanı qatarda ödənişsiz "Wi-Fi" xidmətindən yararlanmaq mümkün olacaq.
Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqust tarixindən ADY-nin veb-saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.
İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı-Ağdam-Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.
Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı-Xankəndi-Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

***10:36
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqustun 30-da Ağdama qatarla səfərlərə start verir.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata əsasən, Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə başlanılır. Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












