Avropaya qaçan 26 minə yaxın insan dənizdə ölüb

BMT-nin Uşaq Fondunun UNICEF-in sözçüsü Andrea Yakomini İtaliyanın Ansa agentliyinə müsahibəsində bildirib ki, 2014-cü ildən indiyədək Aralıq dənizi vasitəsilə Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olmaq istəyən 26 minə yaxın insan həlak olub.
O, belə bir ölüm halının qaçaqmalçıların istifadə etdiyi üzgüçülük qurğularının etibarlılığının aşağı olması ilə bağlı olduğunu deyib:
“2014-cü ildən bəri 25,800 nəfər Aralıq dənizi miqrasiya yolunda ölüb. Onlardan ən azı 120-i təkcə 2023-cü ildə qeydə alınıb. Ölənlərin çoxu uşaqlardır. Ancaq bu rəqəmlərin real rəqəmlərdən daha aşağı olduğu güman edilir, çünki söhbət yalnız təsdiqlənmiş ölümlərdən və ya tapılan cəsədlərdən gedir".
İtaliya Aİ-ni gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün bir yol tapmağa çağırır. Xüsusilə Sərhədsiz Həkimlər belə bir müraciətlə çıxış ediblər.
2014-2015-ci illərdə Avropa ciddi miqrasiya böhranı ilə üzləşdi - onu Afrika və Yaxın Şərqdən gələn miqrant dalğası bürüdü.
Belə ki, 2014-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, Avropaya 900 min, 2015-ci ildə isə 1,048 milyon insan gəlib.
Həmçinin bu gün miqrantların olduğu növbəti gəmi qəzası baş verib. Gəminin göyərtəsində olan 250-yə qədər adamın 45-i ölüb, 80 nəfər xilas edilib. Papa I Fransisk həlak olanların ailələrinə başsağlığı verib. (lent.az)
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










