Avtobus sürücüsü pul verməyən sərnişinləri GÜLLƏLƏDİ

Rusiyada münaqişə zamanı avtobus sürücüsü iki sərnişinə travmatik tapançadan atəş açıb.
Avtosfer.az bildirir ki, hadisə Sankt-Peterburq vilayətinin Qatçıno rayonunun Siverski şəhərində baş verib. İki sərnişin və bir avtobus sürücüsü gediş haqqı üstündə mübahisə edib. Bu zaman onlar əlbəyaxa olublar. Daha sonra avtobus sürücüsü özünə məxsus travmatik tapançadan sərnişinlərə bir neçə dəfə atəş açıb.
Hücum edənlərin tapançanı ələ keçirərək sürücüyə atəş açmağa müvəffəq olduğu qeyd edilir. Bundan sonra onlar “QAZ 3110” markalı sedanla qaçıblar. Milli Qvardiyanın əməkdaşları hücum edənlərin qaçdığı avtomobili aşkar ediblər. Daha sonra şübhəlilər həbs edilib. Üzündən və ayağından yaralanan avtobus sürücüsü və hadisəni törədənlər xəstəxanaya aparılıb.
Yaralı sərnişinlər ilkin tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb.
Lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












