Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları artıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cari ilin altı ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında bir sıra göstəricilər üzrə davamlı artım müşahidə olunmaqdadır. Belə ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.
Bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 2022-ci ilin yanvar-iyun aylarında 135 070 ədəd olduğu halda, bu göstərici 2023-cü ilin müvafiq dövründə 153 872 təşkil edib ki, bu da 13,9%-lik böyümə deməkdir.
Cari ilin altı ayı ərzində Azərbaycanın beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub. Qeyd edək ki, 2021-ci ildə bu say təxminən 2 400 təşkil edirdi.
Hesabat dövründə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8% artıb.
Üçüncü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. 2023-cü ilin altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən üçüncü ölkə daşımaları iki dəfə artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında 25 318 ədəd üçüncü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12 592 ədəd artıq olub.
Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 498 ədəd və ya 85,81% artaraq 113 675 ədədə çatıb.
Bu ilin altı ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2 246-dır.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











