Avtomobililə yolda qalan gənc köməyə çağırdığı polislər tərəfindən güllələndi - VİDEO

Koloradoda polislər avtomobiliylə yol kənarında ilişib qalan və 911-ə zəng edən sürücünü güllələyiblər.
Kristian Qlassın “Honda Pilot” markalı avtomobili kənd yolunun kənarında qalıb. Kişi fövqəladə xidmətə zəng edərək kömək istəyib. Həvəskar geoloq Qlassın avtomobilinin içərisində bir neçə bıçaq və çəkic olub.
Hadisə yerinə gələn polis əməkdaşları onun maşından çıxmasını tələb ediblər.
Kristian özünü təhlükəsiz hiss etmədiyi üçün çölə çıxmaq istəmədiyini bildirib. Polis bir saatdan çox onu salondan çıxmağa razı sala bilməyib. Nəticədə əməkdaşlar avtomobilin şüşəsini sındırıblar. Bu zaman sürücü bıçağa əl atıb. Bunu görcək zabitlərdən biri atəş açıb və Qlass aldığı xəsarətlərdən yerindəcə ölüb.
Polis bildirib ki, sürücü bıçaqla onlara hücum etmək istəyib.
Ekspertiza Qlassın sərxoş olmadığını və narkotik qəbul etmədiyini müəyyən edib. Federal Təhqiqat Bürosuna polisin hərəkətlərinin qanuniliyini yoxlamaq tapşırılıb.
Mənbə: gazeta.ru
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb








