Avtomobilini satmaq istəyənlərin NƏZƏRİNƏ: Sığorta tarixçənizi korlaya bilərsiniz - VİDEO

Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək təklif edilir.
Avtosfer.az-ın məlumatına görə, ekspert Vüsal Bədəlov bildirib ki, alqı-satqı zamanı sığorta müqaviləsinə xitam verilmirsə və alan adam sonradan həmin avtomobillə qəza törədirsə, bu zaman əvvəlki sahibinin sığorta tarixçəsi korlanır. Başqa sözlə, avtomobilin əvvəlki sahibi növbəti dəfə icbari sığorta bağlayan zaman artıq pul ödəməli olur.
Ekspert deyib ki, təkcə satan zaman deyil, nəqliyyat vasitəsi uzun müddət sürülmürsə və ya hər-hansı bir hadisə zamanı tam yararsız hala düşürsə, bu zaman da sığorta müqaviləsi ləğv edilə bilər. Üstəlik, sığorta şirkəti sığortalı günlərin pulunu ümumi məbləğdən çıxaraq, qalığı sahibinə qaytarmalıdır.
Vüsal Bədəlov onu da bildirib ki, kasko sığortası müqaviləsinə də vaxtından əvvəl xitam verdirmək mümkündür. Qalıq məbləği geri ala və ya şəxsin digər avtomobilinin kasko müqaviləsi üçün istifadə edilə bilər.
Ekspert əlavə edib ki, kasko sığorta müqaviləsinin şərtləri sığortalı ilə sığorta şirkətinin arasındakı razılaşma əsasında müəyyən edilir. Qalıq ödəmələr də bu müqaviləyə uyğun aparılmalıdır.
Ətraflı videomaterialı təqdim edir:
Xezerxeber.az
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











