Avtovağzalda avtobus tapmadı, maşın qaçırdı - Balakəndə maraqlı OĞURLUQ

Balakəndə avtomobil qaçırmaqda şübhəli bilinən şəxsə hökm oxunub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Elnur Şıxməmmədov (ad-soyadlar şərtidir) Balakən rayonunda yaşayan bacısı gilə qonaq gedib. Daha sonra o, Bakı şəhərinə qayıtmaq üçün Balakən rayon avtovağzalına gedib. Orada Bakı şəhərinə gedən marşrut olmadığı üçün elə avtovağzal ərazisində gəzdiyi zaman dayanacaqda dayanmış VAZ-21074 markall maşının olduğunu görüb.
Avtomobilin açarı üzərində olub. Elnur da bundan istifadə edib və maşını sürərək avtovağzalı tərk edib. O, Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən yolda idarəetməni itirib və avtomobili yolun kənarındakı səki daşlarına çırpıb. Nəticədə maşına ciddi ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Balakən Rayon Məhkəməsinin hökmü ilə, təqsirləndirilən şəxs 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
unikal
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











