Avtovağzalın qarşısında piyadaların və nəqliyyat vasitələrin təhlükəsizliyi təmin edildi - FOTOLAR

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı qeyri-qanuni sərnişindaşımanın yaratdığı xoşagəlməz halların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə ərazidə reyd keçirib.
Avtosfer.az xəbər verir ki, reyd zamanı yolda dayanan, hərəkətə mane olan və sərnişinlər üçün təhlükə yaradanlarla maarifləndirici söhbət aparılıb. Taksi nəqliyyat vasitələri avtovağzal ərazisindəki Nəqliyyat Qovşağında yaradılan ödənişsiz duracağa, avtobuslar isə “Avtovağzal” metro stansiyasına cəlb edilir.
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri təşkil olunub, nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yol nişanları quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Qeyd edək ki, müxtəlif ərazilərdə tıxacın azaldılması, yolların buraxılış imkanlarının artırılması və vətəndaş məmnuniyyətinin yaradılması məqsədilə reydlər davam etdiriləcək.
.jpg)

.jpg)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












