Aygün Əliyeva: "Azərbaycan Qlobal Cənub və Şimal arasındakı rolunu gücləndirir"

"Azərbaycan ardıcıl olaraq Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.
"Qeyd etmək vacibdir ki, Qlobal Cənub konsepsiyası sadə coğrafiyadan kənara çıxır. O, iqtisadi, siyasi və sosial təməli özündə birləşdirir. Bu təməl qlobal çağırışlara yeni yanaşma tələb edir və regionlararası həmrəyliyin daimi əhəmiyyətini vurğulayır. Təəssüf doğuran faktdır ki, Qlobal Cənub ölkələrində yaşayan əhalinin böyük hissəsi yoxsulluqdan, iqlim dəyişikliyinin mənfi nəticələrindən, müstəmləkə irsindən, rəqəmsal, ticarət sahəsində bərabərsizlikdən və digər problemlərdən əziyyət çəkir. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq, Azərbaycan ardıcıl şəkildə Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır", - o qeyd edib.
A.Əliyevanın sözlərinə görə, Azərbaycan ötən il COP29 konfransına ev sahibliyi edərək iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üzrə qlobal səylərə əhəmiyyətli töhfə verib.
"COP29 konfransı Azərbaycanın vətəndaş cəmiyyəti üçün də mühüm mərhələ oldu. Konfransın təşkilat komitəsinin tərkibinə həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi, həm də yerli QHT nümayəndələri daxil olublar. Bakıdakı COP təxminən 10 min QHT nümayəndəsinin fəal iştirakı ilə fərqlənib. COP29 zamanı agentlik Azərbaycan QHT-ləri üçün möhtəşəm müsabiqə elan edib və bununla da onlara beynəlxalq tərəfdaşlarla birlikdə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş layihə həyata keçirmək imkanı yaradıb. Bu müsabiqə nəticəsində bir sıra uğurlu layihələr və təşəbbüslər həyata keçirilib", deyə - o qeyd edib.
A.Əliyeva vurğulayıb ki, Qlobal Cənub QHT Platforması qlobal məsələlərin müzakirəsi üçün mühüm məkan olacaq.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










