AYNA: 16 sürücü barəsində inzibati xəta protokolu tərtib edildi

Azərbaycanda 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Avtosfer.az xəbər verir ki, bu qədər sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) keçirdiyi birgə reyddə cərimlənib.
Reydin məqsədi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi olub.
Reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.
Bildirilib ki, 20 yük nəqliyyat vasitəsi sürücüsündən 2-sinin, 21 sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin sürücüsündən isə 9-unun müvafiq sənədlərə malik olduğu müəyyən edilib. 14 sürücüyə bildiriş verilib və onlar reysqabağı texniki yoxlamadan keçirilmə ilə bağlı maarifləndirilib.
Buraxılış kartı və buraxılış vəsiqəsi olmayan 11, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5-i olmaqla, ümumilikdə 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici reydlər davam etdirilir.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












